Bakıda keçmiş məhkum evdən pul və qızıl-zinət əşyaları oğurlayıb

23:00 | 21.11.2019
Bakıda keçmiş məhkum evdən pul və qızıl-zinət əşyaları oğurlayıb

Bakıda keçmiş məhkum evdən pul və qızıl-zinət əşyaları oğurlayıb

Bakıda evdən 2300 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 19-da rayon ərazisindəki evlərin birindən 2300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM