Bakıda kişi ailə üzvləri olmaqla 4 nəfəri bıçaqlayıb qaçdı - ÖLƏN VAR

12:45 | 20.05.2019
Bakıda kişi ailə üzvləri olmaqla 4 nəfəri bıçaqlayıb qaçdı - ÖLƏN VAR

Bakıda kişi ailə üzvləri olmaqla 4 nəfəri bıçaqlayıb qaçdı - ÖLƏN VAR

Bakıda dəhşətli qətl baş verib. 

Anews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.

Faktla bağlı Xəzər rayon Prokurorluğundan 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM