Bakıda kondisionerin mühərriki qoparaq təhlükə yaradıb

21:30 | 18.06.2019
Bakıda kondisionerin mühərriki qoparaq təhlükə yaradıb

Bakıda kondisionerin mühərriki qoparaq təhlükə yaradıb

Çoxmərtəbəli binada asılı vəziyyətdə qalan mühərriki xilasedicilər götürərək təhlükəni aradan qaldırıblar.

Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalıb.
 
Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar. Əməliyyat başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb