Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb

15:46 | 15.10.2024
Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb

Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nəsimi rayonunda hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 29 ədəd 7.62 mm-lik mərmi və 1 ədəd AKM avtomatının güllə darağı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM