• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Bakıda kuryoz cinayət - "Geländewagen"i park edən məmur oğlu qonşusunu döydü

Bakıda kuryoz cinayət -
26.12.2018 12:55
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirən məmur oğlunun məhkəməsi başlayır.

Anews.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, cinayət məcəlləsinin 126.1-ci və 315.1-ci maddələri ilə təqsirləndirilən Mehtiyev Anar Yusif oğlunun məhkəmə prosesinin hazırlıq iclası dekabr ayının 28-də hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək. 21 noyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetrimə və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə A.Mehtiyevin ittiham olunduğu 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə, 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün zor tətbiq etmə) maddələri 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib və o, 3 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. A.Mehtiyev şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi rayon Polis idarəsinin müvəqqəti saxlama yerinə aparılarkən idarənin Post-patrul xidməti bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi Rayon Prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. İttiham aktına görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın parkinqində yer üstündə mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu 33 yaşlı Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Fərhad Ağayev xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. Fərhad Ağayevin anası ifadə verərək bildirib ki, "Oğlumun vəziyyəti stabil ağırdır. Sevinirik ki, o, sağdır. Çünki onu itirmək, onun bir daha geri dönməyəcəyini düşünmək istəmirik. Anar Mehdiyevin ailəsi bizimlə danışmaq üçün gələrkən onun atası oğlunun törədildiyi cinayətin, eləcə də onların üzərinə düşən valideyn məsuliyyətinin ağırlığını anlayaraq vicdan əzabı çəkdiyini dedi. Lakin anası oğlunun xəstə olduğunu, dərmanlar qəbul etdiyini iddia edib. Biz bütün bunların cavabında oğlunun törətdiyi cinayətin cəzasını çəkəcəyini demişik, dialoq bu qədər olub. Başa düşə bilmirik, AR elit hərbi qüvvələrində xidmət edən, vaxtilə xüsusi dövlət güc strukturlarında çalışan, sürücülük vəsiqəsi ilə "Galendwagen" idarə edən bir adam necə xəstə ola bilər?" Qeyd edək ki, A.Mehdiyevin atası sabiq məmur, anası isə Dövlət doğum evlərinin birində ginekoloqdur. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. Tək zərərçəkənlə deyil, Anar Mehdiyev Fərhadın qardaşı ilə də münaqişə yaratmağa çalışıb, amma alınmayıb. Həmin hadisədən sonra onu polisə şikayət ediblər. Amma Anar Mehdiyevə heç bir qanuni yolla edilən xəbərdarlıq təsir etməyib. Nəticədə may ayının 20-si gecə Fərhadla qarşılaşaraq onun həyatına qəsd edib. Axı bir parkinq yeri üçün insan həyatına qəsd edilərmi? Münaqişə və mübahisə üçün zaman belə olmayıb, hadisə saniyələr içində baş verib", - deyə ailə üzvü bildirib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Cəmiyyət 21:54
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Cəmiyyət 21:14
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Bu yolda sürət həddi endirildi
Cəmiyyət 20:45
Bu yolda sürət həddi endirildi
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəmiyyət 20:11
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Cəmiyyət 19:53
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 19:38
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
Cəmiyyət 19:35
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Cəmiyyət 18:58
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol