Bakıda kütləvi dava baş verib.
APA-nın məlumatına görə, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rövşən Ələddin oğlu Hacıyev ərizə ilə polisə müraciət edərək bildirib ki, Yadigar, Elşən, Ramin, Samir, Məharət , Rəşad, Fərid adlı şəxslər xuliqanlıq zəminində onu və tanışları Elxanı, Səadəti, Elnuru döyüb.
Hadisədən sonra həmin şəxslər R. Hacıyevə məxsus 10-RS-706 dövlət nömrə nişanlı "VAZ 21-01” markalı avtomobili təpikləyərək əzib.
Hazırda polis ərizə üzrə araşdırma aparır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !