Noyabr ayının 24-27-də Bakıda "Latviyanın dadı" adlı tədbir keçiriləcək. Burada Latviyada istehsal olunan məhsullar təqdim olunacaq.
"Report" xəbər verir ki, tədbir Latviya İnvestisiya və İnkişaf Agentliyinin (LIAA) təşkilati dəstəyi ilə baş tutacaq. Tədbir çərçivəsində latviyalı və azərbaycanlı iş adamları bir-birilə əlaqə yarada biləcək, dəyirmi masa təşkil olunacaq.
Bundan başqa, tədbirdə iştirak etmək üçün Latviyanın iqtisadiyyat naziri Dana Reyzniyetse-Ozola Azərbaycana gələcək.
Latviya və Azərbaycan arasında əmtəə mübadiləsi 2014-cü ildə 31 mln. avro olub, bu da Latviyanın ümumi ixrac həcminin 0,2%-ni təşkil edib. Azərbaycan 5,4 mln avro məbləğində mal və xidmət ixrac edib, Latviya isə Azərbaycana 25,6 mln. avro dəyərində mal ixrac edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !