Bakıda maraqlı aksiya: Siqaret alma! Alma al!

13:20 | 27.05.2017
Bakıda maraqlı aksiya: Siqaret alma! Alma al!

Bakıda maraqlı aksiya: Siqaret alma! Alma al!

Başı günlüklü və köynəyi üzərində "Siqaret alma! Alma al!” şüarı əks olunan 50 könüllü və İctimai Səhiyyə İslahatları Mərkəzinin nümayəndələri siqaret çəkənlərə yaxınlaşaraq tütün və tütün tüstüsünün zərəri barədə onlara ətraflı məlumat verir, əllərindəki siqareti atmaq və sağlam həyat tərzinin rəmzi kimi qəbul olunan alma götürməyi təklif edirdi...

Söhbət paytaxtın "28 May” metro stansiyasının qarşısında İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə ASAN Könüllüləri Gənclər Təşkilatının birgə təşkil etdiyi tədbirdən gedir.

İctimai Səhiyyə İslahatları Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, 31 May- Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilən "Siqaret alma! Alma al!” aksiyasının məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları zərərli vərdişlərdən uzaq olmağa dəvət etmək olub.

Aksiya zamanı 100-dən çox siqaret aludəçisi ilə aparılan maarifləndirici söhbət nəticəsində onlar əllərindəki siqareti xüsusi tullantı qutularına ataraq səbətdən sağlamlıq rəmzi sayılan yaşıl alma götürüblər.

İctimaiyyət nümayəndələri və şəhər sakinlərinin maraqla izlədiyi aksiya iki gün ərzində paytaxtın müxtəlif ərazilərində keçirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti