Bakıda supermarketdən bonus kartları vasitəsi ilə xeyli oğurluq edilməsi faktının üstü açılıb.
Minval.İnfo lent.az-a istinadən bildirir ki, Xətai rayonu ərazisində yerləşən "Meqastore” mağazasına məxsus ofisdən polisə oğurluq fatı ilə bağlı müraciət daxil olub. Aparılan ilkin araşdırma zamanı orada kassir işləyən 2001-ci il təvəllüdlü Nəbiyeva Röya İslam qızının tanışı 1993-cü il təvəllüdlü Bayramlı Vasif Yaşar oğlu ilə birgə bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlaması faktı üzə çıxıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !