Bakıda maşın bazarındakı yanğın söndürüb - Yenilənib

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən "Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan dördü 48 kvadratmetr sahədə yanıb.
Digər mağazalar yanğından mühafizə olunub.
14:41
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən Maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, mağazada baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 13:58
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib

Cəmiyyət 13:22
Şahin Babayev: Hər il 600 peşə təhsili tələbəsi dəmir yollarında təcrübəyə cəlb olunur

Cəmiyyət 13:15
Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına töhfə verəcək - Birgə məlumat

Cəmiyyət 13:06
Emin Əmrullayev: Sertifikasiyadan keçməyən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir




















