Bakıda maşınların başına fırlanan qız öldü - VİDEO

21:40 | 14.05.2019
Bakıda maşınların başına fırlanan qız öldü - VİDEO

Bakıda maşınların başına fırlanan qız öldü - VİDEO

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az ONA-ya istinadən məlumatına görə, "28 May” metrostansiyası yaxınlığında "Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub.

Yaralı sürücü tərəfindən dərhal yaxınlıqdakı özəl klinikalardan birinə çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan o sonradan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib.

Onun bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan tibb bacısı olduğu müəyyənləşib. Görüntülərdə Təcili Tibbi Yardım Xidmətinə məxsus avtomobilləri musiqi sədası altında Nəzərova Firəngiz Eldar qızının başına fırlanır.

Qeyd edək ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb. Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb. Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb