Bakıda məhkəmədə ana hakim və prokuroru döydü

15:13 | 21.02.2019
Bakıda məhkəmədə ana hakim və prokuroru döydü

Bakıda məhkəmədə ana hakim və prokuroru döydü

Sabunçu Rayon Məhkəməsində insident baş verib.

Anews.az report.az-a istinadən xəbər verir ki, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub. O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarılıb.

Məlumata görə, hazırda Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.

T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb