Onun sözlərinə görə, hansı məktəbə üz tutsa da, yerlərin dolduğunu bildiriblər.
"Övladlarım Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli məktəbdə oxuyurdular. Ramana qəsəbəsinə köçdükdən sonra qəsəbədə yerləşən hansı məktəbə getsəm də, dedilər ki, yerlər dolub”, - deyə Sərxan Kazımov bildirib.
Şikayətçi deyir ki, ilk dəfə avqustun 5-i Şuşa şəhərciyində yerləşən məktəbə müraciət edib.
Onun sözlərinə görə, məktəbin direktoru deyib ki, yerlər dolub, bir həftə sonra yenidən gəlsin, yer boşalsa məktəbliləri qeydiyyata alarlar.
"Bir həftə sonra da getdim, dedilər yer yoxdur. Ondan sonra qəsəbədə yerləşən bir neçə məktəbə də getdim, dedilər mümkün deyil, yer yoxdur. Hətta qəsəbədə qaçqın məktəbi var, yaxşı vəziyyətdə deyildi, çoxlu boş yer var idi, ora belə müraciət etdim, dedilər ki, şəhər məktəbindən qaçqın məktəbinə keçid mümkün deyil. Mən də hər gün iki uşağı da Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli məktəbə aparmaq məcburiyyətindəyəm, bu da mənə günü ən azı 5 manata başa gəlir”, - deyə Kazımov bildirib.
Məsələ ilə bağlı Bakı Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla danışdıq.
Sektor müdiri deyir ki, yerdəyişmə ancaq elektron qaydada mümkündür.
Onun sözlərinə görə, məktəbin və direktorun bu mənada heç bir səlahiyyəti yoxdur.
"Azərbaycanda son tətbiq olunan qaydalara görə, məktəbə qəbul və şagirdlərin yerdəşimə əməliyyatı elektron qaydada aparılır. Çox güman məktəbə müraciət ediblər, direktor da heç bir səlahiyyətinin olmadığını bildirib. Ümumilikdə qəbul və yer dəyişmə prosesi elektron qaydada aparılır. Yaxşı olar ki, valideyin övladını yerləşdirmək istədiyi məktəbi müəyyənləşdirsin və oktyabrın 15-dən sonra "sy.edu.az” (ŞAGİRDLƏRİN YERDƏYİŞMƏSİ ELEKTRON XİDMƏTİ) saytına daxil olub elektron qaydada mürəciət etsin”, - deyə Bakı Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, yerdiyşmə və qəbulla bağlı bir ay sonra yenidən müraciətlərin bərpa edilməsi yanlışdır.
Onun fikrincə, bir ay çoxdur və şagirdi bir ay təhsildən yayındırmaq olmaz.
"Bilirsiniz, əvvəllər yerdəyişmə və məktəbə qəbulla bağlı çox ciddi korrupsiyalar var idi, yeni nazir gəldikdən sonra, guya korrupsiyanın qarşısını almaq üçün yeni qaydalar müəyyənləşdi və artıq yerdəyişmə, qəbul elektron qaydada aparılmağa başladı. Lakin yerli təhsil idarələrinin himayədarlığı ilə məktəb direktorları bu vəziyyətdə də yeni korrupsiya mexanizmi düşündü. Belə ki, Təhsil Nazirliyinə göndərilən vakant yerlərin sayını az göstərməyə başladılar və özləri əlavə qəbullar etməyə başladılar. Əgər bu Nazirliyin iradəsi ilə olmursa, Təhsil Nazirliyi kiçik araşdırma ilə bunu üzə çıxarda bilər. Digər tərəfdən, sentyabrın 15-i təhsi sezonu başlayır, növbəti qəbulların və yerdəyişmənin omtyabrın 15-indən etibarən başlaması düzgün deyil. Çünki bu bir aylıq müddətdə çoxlu dərslər keçirilir və 1 ay sonra qəbul olan şagird geri düşür. Bütün bunlar şagirdlərin dərslərdən yayınmasına, geri qalmasına xidmət edir. Valideyinlər qanun vericiliyə və Konstitusiyaya istinad edib, Təhsil Nazirliyini məhkəməyə verə bilərlər", - deyə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.
Həzi
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !