Bakıda məktəblilərin vurulması: Sükan arxasında 83 yaşlı sürücü olub - VİDEO

21:00 | 04.06.2019
Bakıda məktəblilərin vurulması ilə bağlı ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, məlumatın mətbuatda yayılmasından sonra polis orqanları məsələ ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi "VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib. 
Hadisə nəticəsində məktəblilərdən biri yüngül, digəri az ağır bədən xəsarətləri alıb (sümük sınıqları). 
Faktla bağlı Nəsimi RPİ-də müvafiq təhqiqat –istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. 
Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub. 
Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər. 
Qanunvericiliyə uyğun olaraq, toplanmış materiallar üzrə başlanmış cinayət işinə xitam verilib.
 
 


www.anews.az
loading...

Xəbər lenti