Mayın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin və "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 28 May – Respublika Günü münasibətilə rəngarəng bayram konserti təşkil edilib.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqlar respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.
Dənizkənarı Milli Parka toplaşanlar ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində möhtəşəm görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını maraqla seyr ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !