Mikayıl Müşfiqin Bakıdakı büstü götürülüb.
ANN.Az xəbər verir ki, " Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, büstün dağıdılması haqqında yazılanlar həqiqətə uyğun deyil:
"Büst dağıdılmayıb. Sadəcə, Sovetskidə yenidənqurma və genişləndirmə işləri aparılır. Mikayıl Müşfiqin büstü də həmin ərazidə yerləşirdi. Büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq”.
Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsi dağıdılıb.
ANN.Az xəbər verir ki, bu barədə virtualaz.org saytı məlumat yayıb.
Sayt iddia edir ki, Mikayıl Müşfiqin abidəsini "Azəryolservis” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırdıqdan sonra dağıdıb.
Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə dövlət xidmətinin rəhbəri Zakir Sultanov bildirib ki, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.
"Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik”, - deyə o vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !