Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib.
Bu barədə anews.az reporta istinadən xəbər verir.
Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən həyat yoldaşının köməyi ilə batmaqda olan ana və qızını xilas edə bilib.
Köməyə 3 nəfərin ehtiyacı olsa da, güclü şimal küləyi onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun cansız bədənini sahilə çıxarıblar.
Qeyd edilib ki, Pyotr Kuvşinov su polosunda idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. O, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında Texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında Su Polosu üzrə Azərbaycan Milli komandasının məşqçisi kimi sertifikatlara da layiq görülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !