Bakıda mühafizəçi bıçaqlandı

10:53 | 21.02.2020
Bakıda mühafizəçi bıçaqlandı

Bakıda mühafizəçi bıçaqlandı

Bakıda marketdən oğurluq olub.
 
APA-nın xəbərinə görə, fevralın 15-də Nəsimi rayonu Ə. Hüseynov küçəsində yerləşən marketdən qida oğurlayan naməlum şəxs market mühafizəçisi tərəfindən müəyyən edilib. Naməlum şəxs bıçaqla mühafizəçiyə xəsarət yetirərək hadisə yerindən qaçıb.
 
Həmin şəxs fevralın 19-da eyni marketə gələrək, market əməkdaşlarına bıçaqla hədə-qorxu gəlib və quldurluq törədib.
 
Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməli törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Cabbarov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb