Hadisə Əmircan qəsəbəsində baş verib.
Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
ANN.Az Report-a istinadən xəbər verir ki, bıçaqlanan şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşı, 1988-ci il təvəllüdlü kiçik çavuş Orucov Eldar İmamverdi oğludur.
Hadisə polis əməkdaşları Post Patrul Xidməti avtomobili ilə əraziyə baxış keçirən zaman baş verib. Polislər qəsəbədə şübhəli "Lada Qrant” markalı avtomobil görərək ona yaxınlaşıblar.
İnsident nəqliyyat vasitəsində oturan 4 nəfərdən sənədlərini təqdim etmələri tələb olunduğu zaman baş verib. Naməlum şəxslərdən biri arxa qapıdan düşərək E.Orucovun bud nahiyəsinə bıçaq zərbəsi endirib. Avtomobildə olanlardan yalnız birini tutmaq mümkün olub. Hazırda digər üç nəfərin axtarışı davam etdirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !