Bakıda narkotik satan keçmiş məhbus saxlanıldı

19:40 | 01.04.2021
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən xəbərə görə, Nəsimi Rayon İdarəsinin (RPİ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı satış niyyəti ilə qablaşdırılan 11 büküm ümümi çəkisi 10 qram olan psixotrop maddə metamfetamin, 12 büküm ümumi çəkisi 15 qram olan heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, M.Həsənov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb. 
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM