Bakıda narkotik dövriyyəsi ilə məşğul olan qrup saxlanılıb.
Oxu.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib.
Onlardan M.Şıxəliyevin üzərindən 0,276, K.Ağayevdən 0,514, R.İbadovdan 3,754, N.Vəliyevdən isə 30,028 qram heroin və 38,882 qram metanfetamin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı K.Ağayev və N.Vəliyevin daha əvvəl Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə, R.İbadovun isə Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə məhkum olunduqları müəyyənləşib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !