Bakıda neft-qaz sərgisi keçirilir

09:43 | 02.06.2015
Bakıda neft-qaz sərgisi keçirilir

Bakıda neft-qaz sərgisi keçirilir

Bu gün Bakıda Beynəlxalq "Xəzər Neft və Qaz 2015” sərgisi keçirilir.

Oxu.Az xəbər verir ki, çərşənbə axşamı keçirilən, 22-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinə həsr olunmuş mətbuat konfransında "İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon bildirib ki, bu il iştirakçılarının 10%-i ilk dəfədir sərgiyə qatılır.

"İtaliya Respublikası ilk dəfə bu sərgiyə qatılacaq, ümumilikdə 27 ölkədən 315 şirkətin iştirakı gözlənilir” - deyə, E.Stroon qeyd edib.

İcraçı direktor iyunun 2-dən 5-dək keçiriləcək sərginin özünəməxsus olacağını da vurğuladı:

"Sərgidə qonaqlar "Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusuna həsr olunmuş rəsm sərgisini də izləyə biləcəklər. Məşhur rəssam İrina Eldarova 10 əsərini həmin sərgiyə hədiyyə edib” - deyə, o qeyd edib.

"Düşünürəm ki, bu sərgi Bakı neftinin tarixini qonaqlara daha ətraflı şəkildə izah edəcək” - deyə, Stroon əlavə edib.

Qeyd edək ki, sərgidə Polşa baş nazirinin müavini Yanuş Pexoçinski, İraq respublikasının Neft naziri Adil Abdulmahdi Hassan Şubber, London-Siti şəhərinin lord-meri Alan Yarrou, "Bulgargaz EAD” şirkətinin icraçı direktoru Petyo İvanov, Petronas (Malayziya) şirkətinin prezidenti və baş direktoru Van Zulkifli Van Ariffin iştirakı gözlənilir.

Bundan əlavə, iyunun 3-də , "Caspian Oil and Gas” konfransı energetika naziri Natiq Əliyevin sədrliyi ilə keçiriləcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti