Bakıda "İlaxır çərşənbə” təntənəli şəkildə qeyd olunur.
ANN.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun "İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşan Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı "Atəşgah”ına yola düşüb.
Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi, Beşmərtəbə dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə, metronun "Sahil” stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib, Heydər Əliyev prospektinə çıxaraq, metronun "Koroğlu” stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı "Atəşgahı”na yollanacaq.
Atəşgahdan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələrək Bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19:00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !