Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, mayın 15-də Bakı şəhər sakini Etibar İsgəndərov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək, rayon ərazisində yerləşən ofisində, ona məxsus çantadan 3160 manat və 700 ABŞ dolları pul oğurlandığını bildirib.
Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sənan Rüstəmov tutulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !