Bakıda piyada keçidində gənc həkimi maşın vurdu: İki ayın gəlini idi

13:37 | 19.01.2019
Bakıda piyada keçidində gənc həkimi maşın vurdu: İki ayın gəlini idi

Bakıda piyada keçidində gənc həkimi maşın vurdu: İki ayın gəlini idi

Bakıda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 18-də Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi "Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub.
Nəticədə piyada hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, mərhum iki ay öncə ailə həyatı qurub. O, həm də yaxınlıqdakı Mərkəzi Klinikanın rezidenti kimi kardiologiya şöbəsində çalışırmış. Hadisə də məhz gənc qızın işdən çıxıb evə getdiyi anda baş verib.
Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb