Bakıda polisdən xüsusi karantin rejimi qaydalarını pozanlara qarşı tədbir

19:30 | 29.03.2020
Bakıda polisdən xüsusi karantin rejimi qaydalarını pozanlara qarşı tədbir

Bakıda polisdən xüsusi karantin rejimi qaydalarını pozanlara qarşı tədbir

Bakı şəhərində koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər davam etdirilir.

"MediaPost" xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Bakının Nizami rayonunda reyd keçiriblər.

Polislər tərəfindən insanlarla profilaktrik söhbətlər aparılaraq onlar nizam-intizama dəvət edilir, xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kampaniyasına qoşulmaq tövsiyə olunur.

Qeyd edək ki, koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 29 mart tarixindən əhalinin hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti