“Bakıda poliuretanla üzlənmiş 64 bina 10 gün ərzində söküləcək“

20:04 | 21.05.2015
“Bakıda poliuretanla üzlənmiş 64 bina 10 gün ərzində söküləcək“

“Bakıda poliuretanla üzlənmiş 64 bina 10 gün ərzində söküləcək“

"2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq"

Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baş çəkiblər.
 
APA-nın məlumatına görə, H. Abutalıbov bildirib ki, paytaxtda poliuretan üzlüklə üzlənmiş 140 bina var.
 
H. Abutalıbovun sözlərinə görə, bunlardan 64-ü 9 və 16 mərtəbəli binalardır. Bu binalara vurulmuş üzlüklərin 10 gün ərzində söküləcəyini deyən H. Abutalıbov qeyd edib ki, 2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq: "Bu materialın yanmasına səbəb həmin maddələrin hər kvadratmetrinə 6 manat məbləğində olan kimyəvi məhlulun vurulmamasıdır. Mən çalışacam ki, bu binaların üzlüklərinin sökülməsi həmin istehsalçı şirkətin hesabına həyata keçirilsin”.
 
H. Abutalıbov həmçinin sakinlərə Nazirlər Kabinetinin qərarını oxuyub. O bildirib ki, həmin binada kirayədə yaşayanlara kompensasiya verilməyəcək: "Dəymiş ziyanla bağlı bu binada kirayədə yaşayanlar Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərlər”.
 
H. Abutalıbov üzlük materiallarına nəzarət edən mühəndislərin də saxlandığını bildirib: "Saxlanılanların məsələsinə istintaqın gedişi zamanı aydınlıq gətiriləcək”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM