Bakıda "polkovnik" tutulub

15:09 | 15.12.2017
Bakıda

Bakıda "polkovnik" tutulub

Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.

DİN-dən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən, əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib.

Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüquq fakültəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Rizvan Cəfərov saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməkdaşı olmadığı halda həmin orqanın xüsusi geyim forması olub.

Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rizvan Cəfərovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun dələduzluq və ya digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiyaların gecikməsi ilə bağlı yayılan məlumatlara cavab verib.  

Nazırliyin mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan xəbərə görə, artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşdirilməsi, eyni zamanda, müvafiq qrafikə uyğun olaraq ayın 13-dək Bakı şəhərinin rayonları, eləcə də son iki gündə Abşeron rayonu və Sumqayıt şəhəri üzrə pensiyaların ödənişi təmin olunub. 

Qrafikə əsasən sonrakı mərhələdə əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi işləri yerinə yetiriləcək.  Eyni zamanda, ay ərzində respublika tabeli şəhərlərdə və respublikamızın digər rayonlarında yaşayan pensiyaçılar pensiyalarını alacaqlar.  

"Ümumilikdə dekabr ayı üzrə də ölkəmizdə bütün əmək pensiyalarının vaxtlı-vaxtında maliyyələşdirilməsini təmin etmək üçün iş aparılır. Bunun üçün aidiyyəti üzrə işlər heç bir problem və gecikmə olmadan normal qaydada davam etdiriləcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti