Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər

09:41 | 21.02.2020
Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər

Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər

Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, "Aqroprom” bağları ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb