Bakıda qadın yoldaşı tərəfindən dəhşətli işgəncələrə məruz qaldı - FOTOLAR

18:00 | 18.09.2019
Bakıda qadın yoldaşı tərəfindən dəhşətli işgəncələrə məruz qaldı - FOTOLAR

Bakıda qadın yoldaşı tərəfindən dəhşətli işgəncələrə məruz qaldı - FOTOLAR

Bakı şəhəri Qaradağ rayon sakini Leyla Məmmədova (ad şərti verilib) redaksiyamıza müraciət edərək, yoldaşı tərəfindən ağır işgəncələrə məruz qaldığını bildirib.

Anews.az-a danışan şikayətçi deyir ki, yoldaşı onu döymək üçün bəhanə axtarır.

"Ən kiçik bəhanə olan kimi, məni döyür, təhqir edir, uşağı söyüb, vurur. Bir neçə gün əvvəl uşağın ad günü idi, evdə "Likor” var idi, gətirdi onu içdi. Uşağın ad gününü təbrik edirdi guya, rumkanı ona uzadıb tost deyəndə, uşaq elə bildi rumkanı ona uzadır, götürəndə ikimizi də döyüb, təhqir elədi ki, uşaq məni ələ salır. Hər gün bu evdə dava olur, hər gün döyüb təhqir edir məni”, - deyə şikayətçi bildirib.

Onun sözlərinə görə, hətta bir dəfə işə polis də qarışıb. Yoldaşın saxlayıblar. Lakin sonradan xəbərdarlıq edib, iltizam alıb buraxıblar. Ondan sonra da işgəncələr davam edib.
 
Xanım bildirir ki, hətta belə döyülmələrdən sonra əri xanımını qonşuların yanında biabır etmək məqsədilə gözünün altı göyərmiş vəziyyətdə mağazaya getməyə məcbur edib.

Qadın üzünün görsənməsini istəməsə də, bizə davanı əks etdirən səs yazılarını və bədənindəki işgəncə izlərinin şəkillərini göndərdi. Səs yazısını və əlavə detalları əlaqədar qurulmara verməyə hazırıq.

Bədənindəki işgəncə izlərinin fotolarını isə sizə təqdim edirik:






Həzi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM