Bakıda qadınlar üçün çadırlar...

13:44 | 05.03.2018
Bakıda qadınlar üçün çadırlar...

Bakıda qadınlar üçün çadırlar...

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtda bayram yarmarkaları təşkil edilib.

Axar.az xəbər verir ki, ənənəvi 8 mart bayramı üçün nəzərdə tutulan çadır-yarmarkalar xüsusilə metrostansiyaların yaxınlığında qurulub. Bu yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

Bu yarmarkalarda güllər, yumşaq oyuncaqlar, kosmetik vasitələr, ətir, bijuteriya, ayna, hədiyyəlik fincan və müxtlif maraqlı suvenirlər təklif edilir. Qiymətlər müxtəlifdir. Satıcılar bildirib ki, güllərin və yumşaq oyuncaqların qiyməti ölçüsünə görə 3 manatla 30 manat arasında dəyişir.

Yarmarkalarda 5 manata bijuteriya, 7 manata ətir, 4 manata müxtəlif hədiyyəlik əşyalar da tapmaq mümkündür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti