Bakıda qanunsuz zibilxana aşkarlanıb

21:00 | 24.07.2017
Bakıda qanunsuz zibilxana aşkarlanıb

Bakıda qanunsuz zibilxana aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt”inə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Kürdəxanı bağlar massivində yaşayan bir qrup sakin tərəfindən sözügedən ünvanda tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, son illər sözügedən əraziyə məişət tullantılarının daşınması nəticəsində qanunsuz zibilxana yaranıb. Faktla bağlı akt tərtib olunub, ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi barədə Kürdəxanı bələdiyyəsinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib. Eyni zamanda, məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM