Bakıda qayın yeznəsini bıçaqladı

10:52 | 20.10.2019
Bakıda qayın yeznəsini bıçaqladı

Bakıda qayın yeznəsini bıçaqladı

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində bıçaqlanma olub.


Anews.az  apa-ya istinadən bildirir ki, Axundov küçəsində Bakı sakini 1988-ci il təvəllüdlü Mirzəyev Ramin Yusif oğlu bıçaqlanıb.



Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub.


Məlum olub ki, hadisəni törədən zərərçəkmişin qaynı - 1992-ci il təvəllüdlü Quliyev Faiq Şahin oğludur. F.Quliyev Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən saxlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb