Bakıda qəbiristanlıqda üç günlük körpə tapılıb

12:25 | 12.01.2019


Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış üç günlük qız uşağı tapılıb. 

Report məlumatına görə, körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib. 

Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

www.anews.az