Bakıda QHT sədri saxlanıldı

16:55 | 21.07.2015
Bakıda QHT sədri saxlanıldı

Bakıda QHT sədri saxlanıldı

Bakıda Qeyri-Hökumət Təşkilatının sədri saxlanılıb. 

Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn "Yeni Sabah” QHT-nin sədri Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Çamadan metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb. 

Yoxlama zamanı sərnişin Əliyev İlqar Talışxan oğluna məxsus olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb. 

Sədr həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM