• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Bakıda qırğı saxlayan şəxs cərimələndi

Bakıda qırğı saxlayan şəxs cərimələndi
11.10.2017 21:39
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində reyd keçirilib.

ETSN-nin Mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, reyd zamanı Bakı şəhər sakini Taleh Cəfərquliyev Qaradağ rayonu Şıxov çimərliyinin sahil zolağında vəhşi qırğı quşunu gəzdirərkən saxlanılıb.

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Vəhşi quş götürülərək, Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş baytar həkimlərin nəzarəti altında müayinə olunaraq, reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın - Ölənlər var
Cəmiyyət 08:13
Bakıda çoxmərtəbəli binada yanğın - Ölənlər var
Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq
Cəmiyyət 22:41
Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq
Bakıda yeraltı keçiddə eskalator qırılıb, xəsarət alanlar var
Cəmiyyət 22:17
Bakıda yeraltı keçiddə eskalator qırılıb, xəsarət alanlar var
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - Rəsmi
Cəmiyyət 20:01
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - Rəsmi
Azərbaycan gübrə idxalını artırıb
Cəmiyyət 17:29
Azərbaycan gübrə idxalını artırıb
Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib
Cəmiyyət 16:57
Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib
Hidrometeorologiya Xidməti Bakıda leysanla bağlı xəbərdarlıq edib
Cəmiyyət 16:29
Hidrometeorologiya Xidməti Bakıda leysanla bağlı xəbərdarlıq edib
Buğda idxalı 2025-ci ilin on ayı ərzində illik müqayisədə 6,4% artıb
Cəmiyyət 15:56
Buğda idxalı 2025-ci ilin on ayı ərzində illik müqayisədə 6,4% artıb
“Məhsəti”nin erotik təqdimatı qalmaqal yaratdı: Film festivaldan çıxarıldı
Cəmiyyət 15:10
“Məhsəti”nin erotik təqdimatı qalmaqal yaratdı: Film festivaldan çıxarıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol