Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlandı - FOTO

19:11 | 22.11.2019
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlandı - FOTO

Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlandı - FOTO

Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığı bildirib. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.
Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar  araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb