• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Bakıda şagird, müəllim və valideynlər arasında DAVA

Bakıda şagird, müəllim və valideynlər arasında DAVA
25.11.2016 17:09
Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında dava düşüb.

Bu barədə "Report"a Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən məlumat verilib. Məlumata görə, kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Məlumata görə, məktəbdə dərs zamanı 10 b sinif şagirdi Ramin Zeynalov 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən sinifdə döyülüb. Hadisə 10 b sinifinin rəhbəri Aynurə Hüseynzadənin sinifdə olduğu vaxt qeydə alınıb.

Məlum olub ki, davaya səbəb 10 b sinif şagirdi R.Zeynalovun sinif yoldaşı Gövhər Yaqubova ilə mübahisəsi olub. İ.Abidov isə özünü G.Yaqubovanın sevgilisi kimi qələmə verib. R.Zeynalovun anası Zəminə Zeynalova davadan xəbər tutaraq məktəbə gedib. Onunla G.Yaqubova arasında mübahisə düşüb. G.Yaqubova isə anası Tamara Yaqubovanı, dayısı Orxan Məmmədovu və nənəsi Tamara Məmmədovanı məktəbə çağırıb. Nəticədə 47 yaşlı Z.Zeynalova döyülərək 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

G.Yaqubovanın dayısı O.Məmmədov isə balta ilə R.Zeynalovun üzərinə hücum çəkib. R.Zeynalov və onun bacısı Təhminə Zeynalova da döyülərək bədən xəsarətləri alıb. Münaqişənin qarşısını almaq istəyən məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları məktəbə gedib, müəllim və valideynlərin izahatı alınıb. Araşdırma aparılır.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol