Bu barədə minval.info-ya Mikayıl Ələsgərov məlumat verib. 8-ci kilometr qəsəbəsində Naxçıvan küçəsində nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda piyadalar üçün heç bir addım atılmayıb. Bu ünvanda iki orta məktəbin yerləşməsi, vəziyyəti bir az qəlizləşdirir. Belə ki, şagirdlər sözügedən küçədən daha çox istifadə edirlər. Həmin yolda isə avtomobillər hərəkət etdiyindən onlar üçün təhlükəli durum yaranır.
"İnsanlar yolun ortası ilə hərəkət edirlər. Özlərinin və uşaqlarının həyatını riskə atmaq məcburiyyətində qalırlar. Yolun bir hissəsində piyadalar üçün ensiz səki var. Lakin buradan iki nəfər çətinliklə istifadə edir. Nəticədə onlar maşın yolu ilə hərəkət edir” – Mikayıl Ələsgərov deyir.
Minval.info-ya göndərilən videodan da görünür ki, bir piyada digərini keçmək üçün səkidən qəfildən düşür. Bu isə məsələnin son dərəcə ciddiliyindən xəbər verir. Eyni zamanda görüntülərdən bəlli olur ki, həmin ərazidə piyadaların hərəkəti nizamlanmayıb.
Mikayıl bəy müvafiq qurumlardan bununla bağlı lazımi tədbirlər görülməsini istəyib.
Qeyd edək ki, sözügedən ərazidə bir dəfə bədbəxt hadisənin baş verdiyi bildirilir. Belə ki, şagirdlərdən birini küçədən keçərkən avtomobil vurub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !