"Suraxanı Rayon İcra Hakimiyyəti dezinfeksiya xidməti aparmaq üçün pul tələb edə bilməz. Bu məlumatlar əsassızdır”.
Anews.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə icra strukturları və bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
"Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər. Bu, yalnız özəl obyektləri əhatə edir.
Qeyd edilən fakt tərəfimizdən araşdırılıb və məlum olub ki, insident baş verən ərazidə əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olublar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !