Bakıda satılan benzin və avadanlıqlar yoxlanılmır

10:45 | 24.05.2017
Bakıda satılan benzin və avadanlıqlar yoxlanılmır

Bakıda satılan benzin və avadanlıqlar yoxlanılmır

Bakıdakı yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə münasibət birmənalı deyil. Benzinin keyfiyyətinin aşağı olması, tərkibində müəyyən qatqıların olması, avtomobilin çəninə vurulan benzinin miqdarı sürücülərdə inamsızlıq yaratmaqla yanaşı, ciblərinə də təsirsiz ötüşmür.

Qeyd edək ki, Azərbaycanda "92” markalı benzin Heydər Əliyev adına Neftayırma Zavodunda istehsal olunur. "95” və "98” markalı benzinlər isə xaricdən idxal olunur. Həmin benzinlərin keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasında araşdırılır və onların "Avro-4” standartlarına uyğunluğu yoxlanılır.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalardakı vəziyyətdən danışıb:

"Yanacaqdoldurma məntəqələrində planlı yoxlamalar aparılmır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılması ilə bağlı qanun qüvvədədir. Qanun 2017-ci ilin sonuna qədər qüvvədə olacaq. Bu müddət ərzində yoxlayıcı orqanlar və Standartlaşdırma Komitəsi yanacağın keyfiyyəti ilə bağlı planlı yoxlamalar aparmayacaq.

Əgər şikayət daxil olarsa, məsələnin müvafiq qaydada araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilir. Sahibkar yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı məlumatlandırılır. Əgər keyfiyyətin aşağı olması halı aşkar olunarsa, həmin sahibkar barədə müvafiq sənədlər aidiyyəti qurumlara göndərilir. 2018-ci ilin əvvəlindən etibarən yoxlamalar müasir praktikaya uyğun şəkildə həyata keçiriləcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti