Bakıda satılan erməni ərzaqları

Bakının elit supermarketlərində satılan və nisbətən varlı əhali tərəfindən istehlak edilən "Heinz” məhsulları əslində Amerikanın erməni lobbisinə rəhbərlik edən bir ailəyə məxsusdur.

Con Kerri və Tereza Hayns
Ümumiyyətlə, bu cür siyasi gedişlər Con Kerrinin mənsub olduğu ailəyə çox xasdır. Macarıstan yəhudiləri olan bu ailənin təmsilçilərinin ilkin soyadı Kon olub. Ailə Amerikaya köçəndə ibranilikdən katolikliyə keçərkən, yəhudi soyadından da imtina edib, özlərini irland qrafları Kerrilər kimi təqdim ediblər.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri
Bu evliliyə qədərsə, artıq 1992-ci ildə Con Kerri Azərbaycana qarşı ən böyük düşmənçiliyini etmişdi. Onun hazırlayaraq Konqressə təqdim etdiyi "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş dolayısı ilə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalına haqq qazandırmaq demək idi. Erməni lobbisi Azərbaycanda hakimiyyətə gəlmiş xalq hərəkatı təmsilçilərinin diplomatik təcrübəsizliyindən yararlanmışdı.
Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində 907-ci düzəlişinAzərbaycan üçün ciddi zərbə olduğunu bildirir:
"Həmin düzəlişlə Azərbaycana bir sıra strateji məhsulların, yeni texnologiyaların, o cümlədən hərbi texnologiyanın verilməsi qadağan edilir. Həmçinin Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmasına da maneçilik yaradıılr”.
İstiPress-in araşdırmasına görə, elit Bakı supermarketlərində satılan ketçup, makaron və sousların məhsulların 20-30%-i "Heinz”in payına düşür. Bu məhsullar başqalarına nisbətən 20 faiz baha satılır. Ən dəhşətli vəziyyət isə uşaq yeməkləri sahəsindədir, bu sektorun önəmli payı "Heinz”in nəzarətindədir.
Çingiz Rüstəmov
İstiPress
www.anews.az
Son xəbərlər
Daha çox 