Bakıda saxta sürücülük vəsiqəsi satan şəxslə bağlı polisə şikayət ərizəsi daxil olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, polisə müraciət edən 58 yaşlı İmran Xəlilov Ağsu rayon sakini Vidadi Məmmədovun ona 1100 manat müqabilində sürücülük vəsiqəsi təşkil etdiyini deyib. Bundan bir il sonra o, sənədin saxta olduğunu müəyyənləşdirib və dərhal bu barədə polisə xəbər verib.
İ.Xəlilov ona dəymiş ziyanın ödənilməsini və saxtakarlıq etmiş şəxsin cəzalandırılmasını xahiş edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !