Bakıda şəhidə abidə qoyuldu - FOTOLAR

10:55 | 13.10.2021
Bakıda ikinci qarabağ savaşında şəhid olmuş Rövşən İsmayılovun şərəfinə ucaldılan heykəlin açılış mərasimi keçriilib. Bu barədə anews.azmüxbiri xəbər verir. 

Rövşən İsmayılov 30 oktyabr 1999-cu ildə anadan olub. O,83 nömrəli məktəb-liseyi bitirib. 2016-cı ildə Azərbaycan Kooperasiya Universitetinə qəbul olub. 
 
Universiteti bitirəndən sonra Rövşən hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən könüllü cəbhəyə yazılıb.  Rövşənin cəmi 21 yaşı var idi.




"Rövşən insanda olan bütün yaxşı xüsusiyyətlərə malik idi. Rövşən çox urəyitəmiz, dürüst ,saf,qeyrətli idi. Nə qədər yaxşı xüsusiyətlər varsa Rövşən haqqinda demək olar. O, övlad kimi, çox gözəl oğul,  gözəl uşaq, insansevər, humanist, ədalətli və vicdanlı idi", - deyə Rövşənin anasi Yeganə İsmayılova oğlunu xatırlayır.     

Yeganə İsmayılovanın sözlərinə görə, Rövşənin əsas arzusu Azərbaycanın işğal olunmuş torpaqların azad etmək idi. "Bu məsələ onu çox narahat edirdi. Həmişə bu barədə bizdə evdə danışanda deyərdi ki, "mən arzulayıram ki, hərbi xidmətdə  olanda müharibə başlasın, mən savaşda iştirak edə bilim", - deyə şəhid anası əlavə etdi.  



Müharibədən sonra Rövşən İsmayılov ölümündən sonra "Vətən uqrunda" ,"Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medali ilə təltif edilib. 

Rövşəni Bakının Binəqədi rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn etdilər. Ancaq şəhidin valideynləri onun dəfn yerindən razı deyil.  

 "Mən oğlumun dəfn olunduğu yerdən çox narazıyam. Bu şəhidin dəfn olunacağı yer deyil, o yer şəhidə yaraşmaz. Rövşən ilə bərabər orada daha 13 şəhid dəfn olunub. Biz bu günə kimi çox problemlər yaşamışıq. Burada şəhidlərin dəfn edildiyini bilmək üçün heç bir xüsusi qeyd yoxdur. Heç kim bilmir ki, burada şəhid dəfn olunub. Yer çox çirklidir. Bir ildir ki, orada dəfn olunan digər  şəhid anaları ilə birlikdə nəsə eləməyə çalışırıq. Bu yeri qaydaya salınmasını tələb edirik", - deyə Yeganə İsmayılova bildirib.  

O, şəhid ailəsi kimi özünə cəmiyyətinin qayğısını hiss etdiyini bildirdi. "Mən cəmiyyətə,bizə dəstək edən bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Nə yaxşı ki,onlar var,nə yaxşı ki, bu gün bizi dəstəkləyirlər. Ətrafın, cəmiyyətin dəstəyi mənə onun qəhraman olduqunu hiss etdirir,"- deyə şəhid anası bildirib. 

Ailə uzun müddət Rövşəni hospitallarda axtarıb, onun haqqında hər hansı məlumat əldə etməyə çalışıblar. Yalnız 35 gün sonra şəhidin nəşi tapılıb, DNK testii keçiriblər, bundan sonra məlum olub ki, bu Rövşən İsmayılovdur.

Rövşənin 21 yaşı olmalı idi. O, Ağdərə döyüşündə 13 oktyabr 2020-ci ildə şəhid olub.  
 


Rövşən cəsur və cəsarətli bir iqid idi

Rövşən Suqovuşanda döyüşlər zamanı oktyabrın 3-də yaralanıb. O, oktyabrın 7-də ərizə yazıb və böyük çətinliklə onu yenidən döyüş meydanina qaytarılmasına  nail olub. O, oktyabrın 18-dək xəstəxanada qalmalı idi. Oktyabrın 12-dan 13-a keçən gecə döyüşə yollanıb. Ağdərə kəndi uğrunda döyüşlərdə iştirak edib. Son döyüşü Tülkütəpə uğrunda olub.  Ən çox Azərbaycan əsgəri bu ərazidə həlak olub. Təkcə bu müharibədə yox, 2016-2017-ci illərdə də bu ərazidə Azərbaycan ən çox itki verib. Rövşən ilə birlikdə döyüşdə 8 nəfər iştirak edib. Onlar bir neçə düşmən xəttini aşaraq onu məhv edib, növbəti xətti keçərkən isə həlak olublar. Bu igidlər Zöhrab Abbasov, Məmmədəli İbrahimov və Rövşən İsmayılov olub.


Rövşəni əsgər kimi xarakterizə edən  komandiri dedi ki, Rövşən cəsur və cəsarətli əsgər olub. 

"O, Vətənini çox sevirdi. Əgər mən onu hər hansı bir əməliyyata daxil etməydim mənə yaxınlaşıb deyirdi ki" mən zəifəm ki, komandir? Bu səbəbdən  mənə bu işi tapşırmadınız? Yəni Sizcə, mən bacarmaram? Belə bir oğul böyütdüyü üçün onun valideynlərinə minnətdaram. Hər kəs belə bir əsgər boyudə bilmir. Şəhidlər ölmür! Bizim borcumuz həmişə qəhrəmanlarımızı yad etmək, onları yad etməkdir. Kim bizim qəhrəmanları tanımırsa, qoy tanısın. Onlar şəhid olublar ki, biz rahat yaşaya bilək!, - deyə komandir vurğuladı. 


Dünya mətbuatı bu müharibəni "xristian Ermənistan və müsəlman Azərbaycan arasında münaqişə" kimi təqdim edir


Rövşən İsmayılovun bibisi, tanınmış jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılın sözlərinə görə, təəssüf ki, hələ də dünya mətbuatı Qarabağ savaşını ilə bağlı reportajları "xristian Ermənistan və müsəlman Azərbaycan" sözləri ilə  başlayır.  

"Bu münaqişədə inanc və din heç bir rol oynamırdı. Amma bu, sanki ton yaradır , bu dərhal münaqişəyə necə yanaşıldığını göstərir. Əlbəttə ki, problem təkcə dünya birliyində deyil. Avropa siyasətçiləri üçün artıq Azərbaycan haqqında müsbət tonlarda bir söz demək asan deyil. Təəssüf ki, bizim oliqarxlar öz reputasiyasini yumaq üçün Qarabağ münaqişəsindən çox tez-tez istifadə edirdilər və bu da münaqişə üçün çox pis zəmin yaradırdı. Çirkli insanlar və çirkli pullar təmiz ideyalardan kənarda qalmalıdır", - deyə jurnalist qeyd edib.  
 


İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb və noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatıb. Müharibə 44 gün davam edib. Bu qələbə Azərbaycana Rövşən kimi iqidlərin qanı bahasına başa gəlib!

Şəfiqə Sultanzadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM