Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var

22:00 | 19.11.2019
Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var

Bakıda zəncirvari yol qəzası baş verib.

"Report”un xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan "Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus KİA markalı maşına dəyib.

Hadisə nəticəsində "Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb