Bakıda sexdən 5 400 manatlıq oğurluq edildi

20:00 | 24.02.2021
Bakıda sexdə oğurluq hadisəsi olub.

Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 5 400 manat dəyərində aliminum profillər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM