Nəsimi rayonunda silah və narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəlüldlü Asif Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !