Bakıda şirkətdən 76 ədəd televizor oğurlandı

10:25 | 18.06.2019
Bakıda şirkətdən 76 ədəd televizor oğurlandı

Bakıda şirkətdən 76 ədəd televizor oğurlandı

Bakıda şirkətin anbarından 76 ədəd televizor oğurlanıb.

Anews.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Lökbatan qəsəbəsində yerləşən "Baku Hospitality Group” MMC-yə məxsus anbardan 2018-ci ilin iyulundan 2019-cu ilin mayınadək ayrı-ayrı vaxtlarda 76 ədəd televizor yoxa çıxıb. MMC-nin direktoru bu barədə Qaradağ Rayon Polis İdarəsinə müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cəmiyyətə məxsus anbarda anbardar işləyən Abdullayev Kamran Yaşar oğlu oğurluq cinayətində şübhəli bilindiyi üçün saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb