Bakıda polis vətəndaşı blokda tütüb apardı - VİDEO

13:19 | 07.06.2020
Bakıda polis vətəndaşı blokda tütüb apardı - VİDEO

Bakıda polis vətəndaşı blokda tütüb apardı - VİDEO

İyunun 6-sı Bakıda polis və vətəndaş qarşıdurması yaranıb.  Hadisə Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.
Olay zamanı polis vətəndaşı yaşadığı blokda tutaraq polis maşınına mindirib.

Bakı Şəhər Baş Polis idarəsinin rəisi  Elşad  Hacıyev Anews-a açıqlamasında bildirib ki, video materialla bağlı araşdırma aparılır və iyunun 8-də bu barədə rəsmi məlumat veriləcək. 
 
Vətəndaşın küçəyə icazəsiz çıxdığı və bloka girərkən polis tərəfindən izlənərək yaxalandığı ehtimal edilir. Video görüntülərdə polis əməkdaşının birinin maskasız olduğu  aydın izlənilir. 

Xatırladaq ki, iyunun 6-dan etibarən Azərbaycanda iki günlük sərt karantin rejimi elan olunub. Karantin qaydalarına görə, vətəndaşlar bu iki gün ərzində yaşadıqları ərazini tərk edə bilməzlər.


Daha ətraflı video materialda:

Hazırladı: Samirə Əliyeva





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb