Bakıda sovet diplomatı həbs edildi

12:53 | 18.09.2018
Bakıda sovet diplomatı həbs edildi

Bakıda sovet diplomatı həbs edildi

Bakıda sovet diplomatı Əziz Abduləziz həbs edilib.

BAKU.WS xəbər verir ki, hazırda dələduzluğa görə həbsxanada olan Ə.Abduləzizin həyat yoldaşı Dilarə Abduləziz virtualaz.org-un redaksiyasına müraciət edib. Dilarə xanım deyir ki, əri yalan iddia əsasında həbs olunub.

D.Abduləzizin təqdim etdiyi sənədlər, həqiqətən də, onun ərinə qarşı irəli sürülmüş iddiadan şübhələnməyə əsas verir. Hər halda, əlavə araşdırmalara ehtiyac duyulur.

Xarici siyasət idarəsinin əməkdar işçisinə qarşı cinayət işi "Alfa ltd” tikinti şirkətinin sahibi İxtiyar Həsənovun iddiası əsasında başlanıb. Həsənov bildirib ki, 2011-ci ildə Ə.Abduləziz ondan 300 min manat alaraq, biznesdə kömək edəcəyinə söz verib, lakin nə kömək olunub, nə də pullar geri qayıdıb.
Eyni zamanda, pulların verilməsinə Türkiyə vətəndaşı Durdu Yıldırımın şahid olması barədə Həsənovun iddiasından başqa heç bir sübut yoxdur. Səbail rayon Polis İdarəsinin müstəntiqi Emil Muxtarov üçün bu kifayət edib ki, yaşlı insanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi üzrə məsuliyyətə cəlb etsin.

Əgər buna sənəd demək mümkündürsə, əldə olan yeganə sənəd Yıldırımın heç bir yerdə təsdiqlənməmiş ifadəsidir. Özü də həmin ifadəni hüquq-mühafizə orqanlarının əməkdaşları deyil, iddiaçı İ.Həsənov özü alıb.

Müstəntiq E.Muxtarov şahid Türkiyə vətəndaşı ilə əlaqə yaratmağa cəhd edə etməyib, heç telefon zəngi də olunmayıb. Hələliksə, şahid ifadələrinin altındakı imzaların məhz Yıldırıma aid olmasına heç bir inam yoxdur.

Əgər bu Yıldırım guya ki Abduləzizə verilmiş pulların qaytarılmasında maraqlıdırsa, nəyə görə məhkəməyə gələrək ifadə vermir?

Bu işdə olan maraqlı məqamlardan biri də Həsənovla Abduləzizin arasında vasitəçilik edənin və əlaqə yaradanın, tikinti işbazının sözlərinə görə, rejissor Arif Qazıyevin olmasıdır. Bildirilir ki, tanınmış incəsənət xadimi bu vasitəçiliyinə görə 10 min manat alıb, Abduləzizin özünə isə avans kimi 50 min manat verilib. Lakin bütün bu pul haqq-hesabları heç bir yerdə qeydə alınmayıb. Bundan əlavə, verdiyi 50 min manatın geri qayıtmasını və söz verilmiş işin görülməsini gözləmədən Həsənov nəyə görəsə ona daha 300 min manat verir.

Bununla bağlı bir neçə həftə fərqlə iki məhkəmənin – Səbail rayon və Bakı apelyasiya məhkəmələrinin qərarları çox məntiqi görünür: onlar istintaqın gəldiyi nəticələri yetərli hesab etməyiblər.

Lakin nə İxtiyar Həsənov, nə də müstəntiq Emil Muxtarov bununla sakitləşməyiblər və iş Bakı Ağır Cinayətlər üzrə Məhkəməyə gedib çıxıb. Görünür, bu adamlar 72 yaşlı insanı həbs etdirməkdə qərarlı imişlər. Sözügedən məhkəmə isə hələ məhkəmə iclasına qədər Abduləzizi xüsusilə təhlükəli cani kimi həbs etmək qərarı verib.

Beləcə, bir neçə onillər ərzində diplomatik xidmətləri olan yaşlı adam, bir vaxtlar Liviyanın o dönəmdəki lideri Qəzzafi ilə görüşlərdə sovet və dünya diplomatiyasının görkəmli siması olan Andrey Andreyeviç Qromıkonun tərcüməçisi olmuş Abduləziz həbs olunub.

Dilarə Abduləzizin sözlərinə görə, onun əri adi şantajın qurbanı olub.

Məhkəmənin son qərarı hələ qabaqdadır və Əziz Abduləzizin ailəsi ümidvardır ki, hakim Rahib Salmanov 72 yaşlı diplomatın taleyinə biganə qalmayacaq, ədalətli qərar çıxaracaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM